Maskın "Starlink" şirkəti Hindistanda fəaliyyət göstərmək üçün lisenziya alıb
Hindistanın Telekommunikasiya naziri Jyotiraditya Shinde deyib ki, hökumət Starlink şirkətinə ölkədə kommersiya fəaliyyəti üçün lisenziya verib. "Hindistanda əlaqənin növbəti mərhələsi ilə bağlı SpaceX-in prezidenti və baş icraçı direktoru Qvin Şotvellə məhsuldar görüş keçirdik. Rəqəmsal Hindistanın iddialı planlarını həyata keçirmək və ölkənin hər bir vətəndaşını gücləndirmək üçün peyk rabitəsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik", - nazir sosial mediada X yazıb.