RU

Kiyev və Tbilsi NATO dan vəd almayacaq VİDEO

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin analitiki Pol Teylor Böyük Britaniyanın “The Guardian” qəzetindəki köşə yazısında diplomatik mənbələrə istinadən belə məlumat verib. “Liderlər keçmiş bəyanatlarını xatırlasalar da, NATO-nun Ukrayna və Gürcüstanın bir gün üzv olacağına dair vədinə birbaşa istinad edilməyəcək. Bu, ABŞ prezidenti Donald Trampın qarşı çıxdığı bir məqamdır. Keçən il Co Baydenin rəhbərliyi altında ABŞ Ukraynanın NATO-ya üzvlük yolunun “dönməz” olduğu barədə bəyanatı imzaladı. Tramp isə bu məsələdə əl əyləcini çəkdi”, - Pol Teylor yazır. Bundan əlavə, bu il alyans liderlərinin toplantısında ənənəvi uzunmüddətli kommünike hazırlanmayacaq. Əvəzində 2032-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 3,5%-ə çatdırmaq öhdəliyini bir daha təsdiqləyən qısa birgə bəyanatın dərc edilməsi planlaşdırılır. Həmçinin, Ukraynaya dəstək, kibertəhlükəsizlik və hərbi mobillik və dayanıqlığın artırılması üçün infrastrukturun inkişafı layihələri də daxil olmaqla, ÜDM-in əlavə 1,5%-nin müvafiq sahələrə yönəldilməsi təklif ediləcək. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
azvision.az

2Источники