RU

Bakıda 528 müəllim sertifikatlaşdırma imtahanına cəlb olunub

Bakıda 528 müəllim sertifikatlaşdırma imtahanına cəlb olunub

Paytaxt üzrə 528 təhsilverən sertifikatlaşdırma prosesinə dəvət olunub

İyunun 18-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Qaydalara müvafiq olaraq, sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 528 təhsilverən (ötən illərdən qalan riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, ingilis dili və digər xarici dillər üzrə pedaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş ilk dəfə iştirak edən təhsilverənlər) test imtahanına dəvət olunub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavinləri Anar Qədiməliyev, Xəyalə Əhmədzadə və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri imtahan mərkəzlərinə gəlib, müəllimlərə tövsiyələrini verib və uğurlar arzulayıblar.

Sertifikatlaşdırmanın test mərhələsi 18, 19, 20, 24 və 25 iyun tarixlərində Bakı üzrə 9 imtahan mərkəzində təşkil edilir.

Qeyd edək ki, bu mərhələdə təhsilverənlərə 120 dəqiqə ərzində tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına dair 60 sual təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Balların hesablanması avtomatlaşdırılmış rejimdə həyata keçirilir və nəticə dərhal kompüter ekranında əks olunur.

Test imtahanında minimum 30 bal toplamış təhsilverənlər növbəti - müsahibə mərhələsinə vəsiqə qazanacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, bu mərhələdə uğur qazanan müəllimlərin vəzifə maaşlarına əlavələr ediləcək.

Избранный
12
2
afn.az

9Источники