RU

Ekspert: NATO sammitində Ukrayna və Gürcüstanın üzvlüyü açıq şəkildə qeyd olunmayacaq

Gələn həftə Niderlandda keçiriləcək NATO liderlərinin sammitində Ukrayna və Gürcüstanın gələcəkdə alyansa üzv olacağı ilə bağlı açıq bəyanat gözlənilmir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa Siyasi Mərkəzinin baş elmi əməkdaşı Pol Teylor “The Guardian” qəzetində dərc olunan məqaləsində bildirib.

“Liderlər əvvəlki bəyanatlarını yada salsalar da, NATO-nun Ukrayna və Gürcüstana gələcəkdə üzvlük vədi birbaşa şəkildə qeyd olunmayacaq. Bu məsələyə ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşı çıxır. Halbuki ötən il Co Baydenin rəhbərliyi altında ABŞ, Ukraynanın NATO-ya üzvlük yolunun ‘geri dönməz’ olduğunu bəyan etmişdi. Tramp isə, sanki, əyləci çəkdi”, – deyə Teylor yazır.

Sammit 24–25 iyun tarixlərində Haaqada baş tutacaq. Görüşdə əsas mövzular müdafiə və çəkindirmə məsələləri olacaq. Əsas məqsəd alyans ölkələrini ümumi müdafiə xərclərini ÜDM-lərinin 5%-nə çatdırmağa təşviq etməkdir. Bu vəsaitin 3,5%-i birbaşa hərbi xərclərə, 1,5%-i isə əlavə dəstək tədbirlərinə yönəldiləcək.

Избранный
7
nocomment.az

1Источники