RU

Çempionlar Liqası: “Qarabağ”ın rəqibi məlum olub

Bakı, 18 iyun, AZƏRTAC

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub.

Ağdam klubu II raundda "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 8-9-da və 15-16-da, II raundun matçları isə iyulun 22-23-də və 29-30-da keçiriləcək.

Избранный
17
5
azertag.az

6Источники