RU

Çempionlar Liqası: "Qarabağ"a bu cütün qalibi rəqib oldu

BAKI. 18 iyun. TELEQRAF

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində təşkil olunan tədbirdə Azərbaycan çempionu "Qarabağ"a "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi rəqib olub.

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi Albaniya "Eqnatia"sı İslandiya "Breydablik"ini keçəcəyi təqdirdə, Polşa "Lex"i ilə üz-üzə gələcək.

İlk oyunlar 22-23 iyulda, cavab görüşləri 29-30 iyulda olacaq.

Избранный
10
teleqraf.com

1Источники