RU

Düşməni ilə səhv saldı - Qapıda gözləyən qardaşını güllələdi 

Qan donduran hadisə Türkiyədə Adananın Yeşilbağlar məhəlləsində baş verib.


Manset.az türk mətbuatına istinadən xəbər verir ki, Halil Daş, düşmən olduğu Haşim E., Halit O. (24), Mehmet Fatih A. (21), Osman Y. (23) və Samet Y. (19) ilə küçədə mübahisə edib. Qısa müddətə davaya çevrilən qarşıdurmada tərəflər bir-birini döyüb, daha sonra hadisə yerindən ayrılıblar.

Haşim E. və yanındakılar Halil Daşın evinin yerləşdiyi küçəyə qayıdıblar. Bu zaman evin qarşısında olan qardaşı Hüseyn Daşı Halil zənn edən Haşim E., tapança ilə atəş açıb. Başından vurulan Hüseyn Daş qan içində yerə yıxılıb, şübhəlilər isə qaçıblar.

Silah səslərini eşidən ailə üzvlərinin xəbər verməsi ilə hadisə yerinə polis və təcili yardım çağırılıb. İlk tibbi müdaxilədən sonra Hüseyn Daş Adana Şəhər Tədris və Araşdırma Xəstəxanasına aparılıb. Əməliyyatdan sonra reanimasiyaya yerləşdirilən Daş, 15 iyun tarixində həyatını itirib. Cənazəsi yaxınları tərəfindən alınıb və Buruk qəbiristanlığında torpağa tapşırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlayan Cinayət Axtarış Şöbəsi, şübhəlilərin gizləndiyi ünvanları müəyyənləşdirib. Əməliyyat zamanı Haşim E. Yüreğir rayonunda Mustafa D.-nin (36) evində, digərləri isə müxtəlif ünvanlarda yaxalanıb. Mustafa D.-nin evində aparılan axtarışda bir ədəd Kalaşnikov avtomatı aşkarlanıb, lakin cinayətdə istifadə olunan tapança tapılmayıb.

Polis bölməsində ifadə verən şübhəlilər, Halil Daşla mübahisə etdiklərini, lakin qətli törətmədiklərini iddia ediblər. Sorğudan sonra məhkəməyə çıxarılan Haşim E., Halit O., Mehmet Fatih A., Osman Y. və Mustafa D. həbs edilib. Samet Y. isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Избранный
11
manset.az

1Источники