RU

Şahin Musaoğlu bəstəsi səsləndirilən Türk filmindən nə qədər qonorar alıb? (VİDEO)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Türkiyənin ilk dövlət və milli televiziya kanalı TRT 1-də yayımlanan, "Miray film” Yapım şirkətinin istehsalı olan "Fateh Mehmet Sultan” teleserialinda azərbaycanlı bəstəkarın bəstəsi səsləndirilib. 

Osmanlı xanədanlığının altı əsr boyunca hökm sürmüş otuz altı sultanından sayca yeddincisi olan Fateh Mehmet Sultanın həyatına işıq tutan bu filmin 49 cu bölümündə sədrəzəm Candarlı Xəlil Paşanın edam səhnəsində yer alan "Salam dar ağacı" adlı bu musiqi əsəri, dillər əzbəri olan mahnıların müəllifi Şahın Musaoğluya məxsusdur.

Qaynarinfo müəlliflə müsahibəni təqdim edir:

- Şahin bəy, əsərinizin məşhur türk filmində səslənməsi ilə bağlı əvvəlcədən hər hansı məlumatınız vardı, yoxsa bu, sizin üçündə sürpriz oldu?

- Əslində, 2-3 həftə bundan əvvələdək mən də məlumatsızdım. Hər şey mənim müəllif hüquqlarımı istər YouTube və rəqəmsal platformalarda, istərsə də Facebook, Instagram və s. sosial şəbəkələrdə müdafiə edən "Mikro" MMC nin prodüseri Mete bəyin mənə etdiyi telefon zəngi ilə başladı.

O, Türkiyənin "Miray Film” Yapım şirkətinin istehsalı olan bu filmin 49-cu sezon bölümündə sözügedən mahnımın səslənməsi ucün mənim rizamın olub olmadığını və izn verərəmsə, mənimlə müqavilə bağlamaq niyyətləri olduqlarını bildirdi. Qısa bir müddətdə müqavilələr imzalandı və gerisi də sizə bəllidir.

- Adətən belə filmlərin kifayət qədər büdcəsi olur. Əgər sirr deyilsə, qonarar sizi qane etdimi?

- Bəli bu barədə təklif aldım. Ancaq mən öz payıma düşən hissəmdən imtina etdim, daha doğrusu, mən bunu can qardaşlarımıza hədiyyə olaraq ərməgan etdim.

Adətən əksər mahnıların üç müəllifi olur. Söz, musiqi və ifa müəllifləri. Mahnın sözləri mənim yaxın dostum Türk dünyasının ünlü şairi Rüstəm Behrudiyə, səsləndirməsi isə əksər mahnılarımın əvəzsiz və təkrarolunmaz ifaçısı Şəmistan Əlizamanlıya aiddir.

Bildiyim qədərilə məndən sonra onların hər ikisi ilə də eyni kontraktlar imzalanıb.

- Hər mahnının, hər musiqi əsərinin öz hekayəsi olur. Yəqin, bu mahnının da öz hekayəsi var...

- Elədi. Musiqi canlı varlıq kimidir. Hər müsiqi parçasının bizə anladacağı öz hekayəsi var. O hekayəni anlaya bilmək üçün o musiqiyə toxunmagımız, o musiqini ruhumuzla duymağımız, onunla dərdləşməyimiz, yəni həmdərd, həmsöhbət olmağımız gərəkdir. Bir də ki, musiqinin özü də insanda həmişə xatirələr oyadır, canlandırır. Çunki musiqi ilə hafizə, yaddaş arasında bir bağ, bir bağlantı var.

Mən bu mahnımı 1997-ci ildə yazmışam. Rüstəm isə səksənlərin sonunda -səhv etmirəmsə. Biz - o bu şeri yazanda, mənsə bəstələyəndə hər ikimiz gənc idik. O bu şeri Əmir Teymura, mənsə Rüstəmin özünə, daha doğrusu onun 40 yaşına xitabən yazdım. Və elə Rüstəm Behrudinin 40 yaşına Salamı münasibətilə.

İlk premyerası da Azərbaycan Dövlət Akademik dram teatrında Rüstəmin 40 illiyinə həsr olunmuş yubiley tədbirində Şəmistan Əlizamanlının ifasında təqdim olundu. Gorün ustündən nə qədər illər keçib. Rustəmin Əmir Teymurla başlanan "dar ağacına salamı" sonra onun özünü, indi də  Candarlı Xəlil Paşanı hüzuruna gətirəcəkmiş. Mən bu münasibətlə hər iki həmkarımı, həmmüəllifləri təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram.

- Şahin bəy, siz ordu, əsgər və zabitlər haqqında yazılan ən gözəl və ən məşhur mahnıların söz və musiqi müəllifisiniz. Qarşıdan ordu bayramı, Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü gəlir. Şair-bəstəkar, həm də AYB hərbi vətənpərvərlik komissiyasının sədri olaraq əsgər və zabitlərimizə bu bayram münasibətilə nə arzulayardınız?

- Ordu bir xalqın qurur yeri, bir millətin şərəf mənbəyidir. Ordu məktəbdir. Ordu bir dövlətin qüdrət simvoludur. Biz bu ordumuzun əzmi, şücaəti qətiyyəti, əziz şəhidlərimizin fədakarlığı və qəhrəman qazilərimizin igidliyi sayəsində qalib bir xalq olduq. Bu zəfəri, qalibiyyəti bizlərə yaşatdığına görə ən sıravi əsgərdən Ali Baş Komandana kimi hamını qarsıdan gələn bayram münasibətilə təbrik edirəm. Onlara can sağlığı və Vətən keşiyində ayıq-sayıq olmalarını diləyirəm.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
1
qaynarinfo.az

2Источники