"Napoli"nin futbolçu Frank Zambo Anqissa qərarını dəyişib.

Offsideplus.az xəbər verir ki, kamerunlu yarımmüdafiəçi Neapol təmsilçisindən ayrılmayacaq.

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Zambo Anqissa ilə "Beşiktaş" yaxından maraqlanırdı.

Onun "Napoli" ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.

O, son mövsüm A Seriyasında 36 oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.