RU

Slovakiyada Ukraynaya silah verənlər saxlanır

AzVision.az Slovakiyanın “Markiza” telekanalının yaydığı məlumata istinadən xəbər verir ki, şübhəlilər arasında keçmiş Müdafiə naziri və Demokratlar partiyasının lideri Yaroslav Nad da var. O, hazırda Kanadadadır və iyunun sonunda ölkəyə dönəcəyini deyir. İstintaqla əməkdaşlığa hazır olduğunu deyən sabiq nazir bütün ittihamları rədd edir.

Robert Fitso Ukraynadakı vəziyyət 1938-ci illə müqayisə edib
İstintaqı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Bölməsi aparır. Nəzarət Avropa Prokurorluğu (EPPO) tərəfindən həyata keçirilir. “Hədiyyə verən” adlı istintaq qrupu 2024-cü ilin noyabrında yaradılıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Slovakiyada hakimiyyətə gələn Robert Fitso hökuməti əvvəlki hakimiyyət orqanlarının ölkənin müdafiə qabiliyyətini zəiflətdiyini və texnikanın ötürülməsində ciddi qanun pozuntularına yol verdiyini bildirərək Ukraynaya hərbi yardımı dayandırıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
108
azvision.az

1Источники