RU

Samvel Karapetyanın evinin yaxınlığında 50-dən çox adam SAXLANILDI

Ermənistanda təhlükəsizlik qüvvələri Samvel Karapetyanın evinin yaxınlığında 50-dən çox insanı saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediasına vəkil Ruben Akopyan bildirib.

Bildirilir ki, təhlükəsizlik qüvvələri Samvel Karapetyanın evinin yaxınlığında 50-dən çox insanı saxlayıb, onları müəyyən edilmiş müddətdən artıq saxlayıb və qeyri-proporsional məcburetmə tədbirləri tətbiq edib.

“Prosesdə hər kəs əmin olacaq ki, həm cinayət işinin başlanması, həm də həbs-qətimkan tədbirinin tətbiqi və dövlət ittihamının irəli sürülməsi tamamilə qanunsuzdur və absurd janrındadır”, – Akopyan deyib.

Xuraman Etibarlı

İnterpress.az

 

Избранный
29
interpress.az

1Источники