Rusiyada maraqlı hadisə baş verib. Moskva vilayətində fərdi evin ərazisində pələng balası görüntülənib. Bu barədə yerli sakinlərə istinad edən “Podmoskva” məlumat yayıb.
Yırtıcı Tsarevo kəndində yaşayan ailənin evində görüntülənib. Eyni zamanda, hadisə şahidləri deyiblər ki, heyvan döyülür.
“Şahidlərin sözlərinə görə, pələng balasına qarşı zorakılıq edilir. Onun üzərinə soyuq su töküblər, kürək və digər alətlərlə döyüblər”, - nəşr yazıb.
Bununla bağlı müvafiq kadrlarda heyvanın yeniyetmə tərəfindən döyüldüyü görünür. Onun hansı səbəbdən heyvana qarşı aqressivlik nümayiş etdirdiyi açıqlanmır.
Tural