RU

AzMİU və Ankara Universiteti arasında Orhun Mübadilə Protokolu imzalanıb FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Ankara Universiteti arasında əməkdaşlığa dair yeni bir addım atılıb. 

"Unikal" xəbər verir ki, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Ankara Universitetinin rektoru professor Necdet Ünüvar arasında Orhun Mübadilə Protokolu imzalanıb. Protokol türk dünyasının ali təhsil məkanında tələbə və müəllim mübadiləsinin təşviq olunması, eləcə də tədris və elmi əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.

Protokolun imzalanması ilə AzMİU və Ankara Universiteti arasında əlaqələrin daha da dərinləşəcəyi, ortaq tədris və tədqiqat layihələrinin genişlənəcəyi gözlənilir. Bu əməkdaşlıq, o cümlədən tələbə və müəllim heyətinə türk dünyasının müxtəlif təhsil mühitlərində təcrübə mübadiləsi aparmaq imkanı yaradacaq. 

Qeyd edək ki, Orhun Mübadilə Proqramı Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) təşəbbüsü ilə həyata keçirilir və üzv universitetlər arasında qarşılıqlı akademik əməkdaşlığı gücləndirməyə yönəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
50
unikal.az

10Источники