RU

Azərbaycan parataekvondoçuları Türkiyədə təlim-məşq toplanışına başlayıblar

Azərbaycan parataekvondoçuları Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışına başlayıblar.

90deqiqe.Az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilərdən ibarət komanda iyunun 28-dək qardaş ölkənin millisi ilə ilə birgə hazırlıq keçəcək.

Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında baş tutan toplanışda Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və qadın parataekvondoçu Səmayə Həsənova iştirak edir.

Избранный
9
7
90deqiqe.az

8Источники