
Üçüncü yerə isə “Papereasy” platforması çıxıb. Süni intellekt əsaslı bu həll akademik sənədləri müxtəlif jurnal və konfrans şablonlarına uyğun olaraq avtomatik təhlil etmək və formatlaşdırmaq imkanı verir və tədqiqat prosesini asanlaşdırır.
Qalib komandalar pul mükafatı ilə təltif olunublar. Eyni zamanda, fərqlənmiş tələbələr, bilik və bacarıqlarını real iş mühitində tətbiq etmək imkanı əldə edərək Azercell-in təcrübə proqramında iştirak hüququ qazanıblar. Qeyd edək ki, “İdeya İnkubasiyası Proqramı” 2023-cü ildən etibarən keçirilir və gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması, həmçinin ölkədə startap ekosisteminin inkişafına dəstək məqsədi daşıyan mühüm təşəbbüslərdən biridir. Reklam hüququnda





