RU

“İnter” hücumçu ilə güclənir

“İnter” “Parma”nın hücumçusu Anj-Yoan Bonni ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı fransızın transfer qiyməti 25 milyon avro ola bilər. “İnter” yaxın günlərdə futbolçu ilə müqaviləni bağlamaq niyyətindədir.

2024/25 mövsümündə Bonni “Parma”nın heyətində bütün yarışlarda 38 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

“Transfermarkt” futbolçunun transfer dəyərini 20 milyon avro qiymətləndirir.

Избранный
16
idmanxeber.az

1Источники