RU

Bakıda liposaksiya əməliyyatından sonra gənc qadın vəfat etdi – klinika və həkimlə bağlı ciddi iddialar » AzadMedia.az



Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyi paytaxtda baş vermiş ölüm faktı ilə bağlı ictimaiyyətin diqqətində olan məsələyə münasibət bildirməlidir.

Belə ki, 37 yaşlı Arzu Sadıqova Bakıda fəaliyyət göstərən “Mərcan” klinikasında liposaksiya əməliyyatı olunduqdan iki gün sonra vəfat edib. İddialara görə, əməliyyatı həyata keçirən şəxs – "Mərcan" klinikasının cərrahı və eyni zamanda “MedAura” klinikasının baş həkimi Nigar Məmmədovadır.

Məlumatlarda qeyd olunur ki, Nigar Məmmədova indiyədək bir sıra qadınlara uğursuz plastik əməliyyatlar keçirib və bu əməliyyatlar zamanı bəzi hallarda ölüm faktları da qeydə alınıb. Xatırladaq ki, bir neçə il əvvəl tanınmış bloger Nərmin İsgəndərova da məhz “Mərcan” klinikasında keçirdiyi əməliyyatdan sonra həyatını itirmişdi.

Daha bir ciddi məqam isə odur ki, Nigar Məmmədovanın adı Səhiyyə Nazirliyinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibbi fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin rəsmi siyahısında yoxdur. Buna baxmayaraq, o, illərdir plastik cərrah kimi fəaliyyət göstərir və müxtəlif klinikalarda əməliyyatlar aparır.

Saytımıza məlumat verən mərhum Arzu Sadıqovanın bacısının sözlərinə görə, həkim Nigar Məmmədova artıq saxlanılıb. Lakin bu məlumat hələ ki, rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə isə həmin şəxsin günün ikinci yarısında televiziya kanallarına açıqlama verdiyi bildirilir ki, bu da suallar doğurur.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının və səhiyyə sahəsində məsul qurumların təcili reaksiya verməsi, baş verənlərlə bağlı ictimaiyyətə dolğun məlumat təqdim olunması vacibdir. Əks halda, qanunsuz və qeyri-peşəkar tibbi müdaxilələrin nəticəsində daha çox insan həyatı risk altına düşə bilər.
Məqalədə jurnalist Alçina Amilqızının sosial media hesabındakə yazısından istifadə edilib.

Избранный
13
1
azadmedia.az

2Источники