RU

“Ay Yer planetindən uzaqlaşacaq, bir sutka 25 saat olacaq” ŞOK AÇIQLAMA KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yerin fırlanması yavaşlayır, ona görə də gələcəkdə bəşəriyyət 25 saatlıq sutka şəraitində yaşaya bilər. Bu barədə beynəlxalq tədqiqatçıların və alimlərin araşdırmalarında, eləcə də hazırlanan elmi məqalələrdə məlumatlar əks olunub.Bəs görəsən, yer kürəsinin fırlanma sürətinin yavaşlama səbəbi nədir?

Mövzu ilə bağlı “Astronomy Club” blokunun elmi redaktoru Orxan Əhməd KONKRET.az-a açıqlamasında bildirib ki, Yer kürəsi təkcə Günəşin ətrafında fırlanmır, o eyni zamanda öz oxu ətrafında da dönür.

“Bu fırlanma prosesi zamanla yavaşlayır. Səbəblər isə həm Yerin daxili strukturu, həm də kosmik təsirlərlə bağlıdır.

Birinci əsas amil Yer səthindəki nəhəng su kütlələridir. Planetimiz fırlandıqca, okean və dənizlərin suları bu hərəkətə müqavimət göstərir. Bu müqavimət nəticəsində Yerin fırlanma enerjisi azalır. Sürət itkisi çox cüzi, hər yüz ildə bir neçə millisaniyə səviyyəsində olsa da, kosmik miqyasda bu, böyük əhəmiyyət kəsb edir.

İkinci amil isə Yerin təbii peyki, Ay ilə bağlıdır. Ay Yer ətrafında onun cazibə qüvvəsinə bağlı şəkildə dövr edir. Bu əlaqə, yəni qravitasiya qarşılıqlı təsiri Yerin qabarma-çəkilmə hadisələrinə səbəb olur. Bu təbiət hadisələri “qravitasiya savaşı” adlanır. Bu proses Yerə həm enerji itkisi, həm də fırlanma sürətinin azalması baxımından baha başa gəlir.

O.Əhməd qeyd edib ki, ən maraqlı nəticə Ayın Yerə təsirindən doğur: Yer fırlanma sürətini itirdikcə, Ay Yerdən uzaqlaşır. Bu proses milyardlarla il ərzində davam edəcək və nəhayət, Yer və Ay sistemində nisbi bir tarazlıq yaranacaq.

“Bununla belə, bu sülh uzun sürməyə bilər. Çünki Günəşin öz ömrünün sonuna yaxınlaşdıqca qırmızı nəhəngə çevriləcəyi, bu mərhələdə Yeri də udacağı proqnozlaşdırılır. Beləliklə, Ay-Yer arasındakı bu “savaş”ın sonu, Günəşin taleyi ilə müəyyən olunacaq”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
konkret.az

2Источники