RU

Bu gün "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.
 
Moderator.az xəbər verir ki, mərasim  İsveçrənin Nyon şəhərində keçirləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
 
Tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi məlum olacaq. 
 
Azərbaycan çempionu “səpələnmişlər” səbətində yer alacaq. Yəni, nisbətən zəif komanda ilə qarşılaşacaq. 
 
“Qarabağ”ın mümkün rəqibləri isə bu komandalardır:  
 
"Riyeka" (Xorvatiya)
 
"Pafos" (Kipr)
 
"Jalqiris" (Litva) - "Hamrun Spartans" (Malta) cütünün qalibi,
 
"Kups" (Finlandiya) - "Milsami" (Moldova) cütünün qalibi 
 
TNS - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi 
 
"Levadiya" (Estoniya) - RFS (Latviya) cütünün qalibi 
 
"Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq) cütünün qalibi 
 
"Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi 
 
"Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya) cütünün qalibi 
 
"Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi 
 
"Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi 
 
"Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) cütünün qalibi 
 
Qeyd edək ki, ÇL-də 2-ci təsniat mərhələsinin matçları 22/23 və 29/30 iyulda oynanılacaq.
Избранный
7
3
moderator.az

2Источники