RU

“Azexport” Bolqarıstana növbəti ixrac üçün sərbəst satış sertifikatı təqdim etdi

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı tərəfindən Azərbaycanda istehsal edilən spirtli içkilərin Bolqarıstana ixracı üçün yenidən sərbəst satış sertifikatları təqdim olunub.

Portalın rəhbəri Ayxan Qədəşovun sözlərinə görə, bu sənəd Azərbaycanın qeyri-neft sektorunun ixrac imkanlarının genişlənməsinə, xüsusilə Avropa bazarlarında “Made in Azerbaijan” brendinin mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

“Bu sertifikat sadəcə hüquqi sənəd deyil, həm də məhsullarımızın keyfiyyət göstəricisidir. Avropa İttifaqına üzv olan Bolqarıstana ixrac zamanı tələb olunan texniki və sanitar-epidemioloji standartlara uyğunluğu təsdiqləyən bu sənəd, yerli istehsalçıların beynəlxalq bazarlara daha rəqabətədavamlı çıxışını təmin edir”, – deyə Qədəşov qeyd edib.

Onun sözlərinə görə, “Azexport” portalı təkcə texniki dəstək göstərmir, eyni zamanda sahibkarların məhsullarının yeni bazarlara çıxarılması istiqamətində strateji tərəfdaşlıq da təklif edir.

Xatırladaq ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən təqdim olunur. Sənəd məhsulun ölkə daxilində sərbəst dövriyyədə olduğunu və aidiyyəti qurumlar tərəfindən tanındığını təsdiq edir.

2018-ci ilin aprelindən 2025-ci ilin iyun ayına qədər 761 adda məhsula bu sertifikat verilib. Bu isə “Made in Azerbaijan” məhsullarının daha öncə ixrac çətinliyi yaşanan 100-dən çox ölkəyə – o cümlədən Amerika, Asiya, Avropa, Okeaniya və Körfəz regionlarına çıxışını asanlaşdırıb.

Sertifikata müraciət etmək istəyən sahibkarlar “www.azexport.az” portalına daxil olaraq onlayn şəkildə sənəd əldə edə bilərlər.

Избранный
12
2
fins.az

4Источники