Bakı, 18 iyun, AZƏRTAC
Rafael Fiziyevlə qarşılaşmaq gözəl hissdir. Onunla döyüşü ayaq üstə aparmağa çalışacağam.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC gecəsində Rafael Fiziyevin rəqibi olan İqnasio Bahamondes mətbuat konfransında deyib.
Çilili idmançı Azərbaycan təmsilçisinin yüksəksəviyyəli döyüşçü olduğunu bildirib: "Düşünürəm ki, mən daha güclüyəm. Üç raund ərzində Fiziyevin üzərində dominantlıq etmək istəyirəm".
Qeyd edək ki, döyüş iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.