RU

Nazir müavini: "Sənaye parklarında güzəştli maliyyəyə çıxış genişlənməkdədir"

Azərbaycanda sənaye parklarında və məhəllələrində rezidentlərinin sayı artır, bizneslərin güzəştli maliyyə resurslarına çıxışı genişlənməkdədir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi, dayanıqlı iqtisadi artım və iqtisadiyyatın modernləşdirilməsinə yönəlmiş siyasət davamlı şəkildə inkişaf etdirilir və əldə olunan müsbət nəticələrin əsasını təşkil edir: "Sahibkarlığın inkişafı iqtisadiyyatın böyüməsi, işgüzar aktivliyin və biznes mühitinin genişlənməsi deməkdir. Azərbaycanda sahibkarlığın gücləndirilməsi ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mərkəzində olub və bu sahədə ardıcıl tədbirlər görülür".

Nazir müavini qeyd edib ki, bu baxımdan ölkədə sahibkarlığın inkişafı üçün bu kimi sərgilər mühüm əhəmiyyət kəsb edir: "2019-cu ildən etibarən keçirilən və artıq ənənə halını almış bu sərginin məqsədi, həmkarlarımızın da qeyd etdiyi kimi, yerli sahibkarlarımızın və onların istehsal etdikləri məhsulların tanıdılması, əldə olunan uğurların nümayiş etdirilməsi, müştəri bazasının və bazar imkanlarının genişləndirilməsidir. Ötən sərgilərə nəzər salsaq görərik ki, ildən-ilə həm iştirakçıların sayı, həm də təqdim olunan məhsulların çeşidi və keyfiyyəti artmaqdadır. Əgər 2019-cu ildə keçirilmiş birinci sərgidə 50-yə yaxın, 2023-cü ildə isə 200-ə yaxın şirkət iştirak etmişdisə, bu ilki sərgidə artıq 300-ə yaxın şirkət iştirak edir".

Избранный
20
report.az

1Источники