RU

“Araz Naxçıvan” yeni transferi üçün nə qədər pul XƏRCLƏYİB?

“Araz-Naxçıvan” Çance Simakala Ba-Muakanın transferi qarşılığında Almaniyanın “Osnabrük” klubuna təzminat ödəyib.

Bizim.Media xəbər verir ki, bu barədə “liga3-online.de” saytı məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı hücumçunun Almaniya klubu ilə müqaviləsi gələn ilin yayına qədər idi. Bu səbəbdən Azərbaycan təmsilçisi keçidi reallaşdırmaq üçün qarşı tərəfə ödəniş edib. Rəsmi açıqlanmasa da, bu məbləğin 200 min avro olduğu vurğulanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
10
bizim.media

1Источники