RU

Bakıda ara məsafəsini düzgün seçməyən sürücü qəzaya səbəb oldu ANBAAN VİDEO

ain.az bildirir, Oxu.az portalına istinadən.

Bir qədər əvvəl Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, sürücülərdən birinin düzgün ara məsafəsi saxlamaması və idarəetməni itirməsi qəzanın olmasına, nəticədə metronun "Koroğlu" və "20 Yanvar" stansiyaları istiqamətində sıxlığın yaranmasına səbəb olub:

"NİİM-nin əməkdaşlarının yol polisi ilə birgə fəaliyyəti nəticəsində (kamera vasitəsi ilə qəzanın müşahidə edilməsi və yol polisinə məlumatın verilməsi) hərəkət intensivliyini bərpa etmək üçün qısa müddət ərzində hadisə yerinə evakuator cəlb olunaraq, qəzada iştirak edən avtomobilin yoldan kənarlaşdırılması işləri görülüb".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
oxu.az

1Источники