RU

Bakıda Azərbaycanla Türkmənistan arasında çoxşaxəli əməkdaşlığa dair panel sessiya keçirilib

Bakıda “Azərbaycan ilə Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda panel sessiya keçirilib.

“Report” xəbər verir ki, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Paneldə çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı bildirib ki, əgər türk yolu gedilirsə, hər kəs öz dilində danışmalıdır:

“Dilimizi qorumalıyıq ki, birliyimiz dayanıqlı olsun. Bu gün Azərbaycan Qafqazın lider dövlətidir. Ancaq Türkmənistan həmişə türk birliyi məsələsinə ehtiyatla yanaşıb, bir növ bitərəf qalıb. Halbuki türkmənlər milli şüurun təməlindədirlər. İkinci Qarabağ müharibəsi dövründə türkmən xalqının ürəyi Azərbaycanın yanında idi. Bu gün iqtisadi əlaqələrimiz zəifdir, onu mütləq gücləndirmək lazımdır. Siyasi əlaqələrimiz yüksələn xətlə inkişaf etdiyi kimi, iqtisadi əlaqələrimiz də genişlənməlidir. Türkmənistan qazı Rusiya və İran vasitəsilə Avropaya satılır, eyni missiyanı Azərbaycan da yerinə yetirə bilər”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Roza Bayramlı isə bildirib ki, Azərbaycan və Türkmənistan münasibətlərinin yeni mərhələyə qədəm qoymasında Türk Dövlətləri Təşkilatı (TDT) böyük rol oynayıb:

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə də Türkmənistan onu sıx dəstəkləmişdir. Azərbaycan TDT çərçivəsində Mərkəzi Asiya ölkələri ilə əlaqələri olduqca gücləndirib, TDT daxilində ortaq Türk dilinin, mədəniyyətinin təşviqinə böyük töhfə verir. Türkmənistan və Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoymasında TDT də böyük rol oynayıb”.

Избранный
12
report.az

1Источники