UFC Döyüş Gecəsində Nazim Sadıxovun rəqibi Nikolas Motta mətbuat konfransında jurnalistlərin önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, "Nazim karyerasında hər rəqibinə ən çətin rəqib kimi yanaşır. Sizin Nazim barədə fikirləriniz nədir?" sualına Nikolas Motta belə cavab verib:
"Bu onu göstərir ki, o mənə hörmət edir, mən də ona hörmət edirəm. UFC döyüşü tərtib edənlər nə etdiklərini bilir. Stillər döyüşü yaradır. Onun döyüşü "banger" olacaq. Oktaqonda müharibə olacaq. Əyləncəli görüş gözləyir bizi".
Braziliyalı döyüşçü dəfələrdə N.Sadıxov ilə qarşılşaşma ehtimalının olduğunu söyləyib:
"8 il əvvəl Braziliyadan ABŞ-yə köçmüşəm. Nazim də Nyu-Yorka gənc yaşlarında köçüb. Biz eyni bölgədə Nyu-Cersidə böyümüşük. UFC-dən əvvəl başqa yarışda döyüşürdük. Biz o təşkilatda da qarşılaşa bilərdik, bundan əlavə, hər ikimiz UFC-yə çıxandan sonra yenə də qarşılaşmağımız mümkün idi. O vaxt Nazimin deyəsən rəqibi zədələnmişdi. İndiyə qismət oldu. UFC nəhayət bizi qarşılaşdırdı".
O, Nazim ilə görüşdə 4-5 raund da döyüşməyə hazır olacağını söyləyib:
"3 raund döyüşməyə hazıram. Taylandda yaxşı məşq etmişəm. Nəinki 3, 4-5 raund da döyüşə bilərəm".