ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ümumilikdə, bu günə qədər İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən verilən sorğular əsasında Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 25 qərar və 7 qərardad qəbul edilib.
News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda deyib.
O, qeyd edib ki, həmin qərarlarda müvafiq qanunvericilik normalarının Konstitusiyaya uyğunluğu baxımından təhlili aparılmış, onlara hüquqi qiymət verilmişdir.
"Bəzi hallarda hüquq tətbiq edici orqanlar üçün müəyyən praktiki istiqamətlər müəyyən edilmişdir. Ümid edirəm ki, biz yaranmış faydalı işbirliyimizi davam etdirəcəyik.
Bu gün dünyada istər siyasi, istərsə də iqtisadi cəhətdən mürəkkəb vəziyyət hökm sürür. Qloballaşma prosesi, iqlim dəyişiklikləri, münaqişələr, süni intellekt texnologiyaları dövrünə keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır. Hazırda bir çox dünya dövlətləri mürəkkəb siyasi sınaq qarşısındadır. Lakin bütün bu çətinliklərə baxmayaraq, bizim ölkəmiz gündən-günə güclənərək, bu gün deyə bilərik ki, ən qüdrətli dövrünü yaşayır".
Aqil Qarayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.