Vüsal İsgəndərli karyerasını yenidən Albaniyada davam etdirəcək.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi "Partizani" ilə anlaşıb.
"Boluspor"dan ayrılan Vüsal Albaniya təmsilçisi ilə 1+1 illik müqaviləyə qol çəkib. 30 yaşlı oyunçu artıq yeni klubunun heyətində yay-hazırlıq toplanışına qatılıb. "Partizani" UEFA Avropa Konfrans Liqasında çıxış edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта