RU

AMEA da belaruslu alimlərlə görüş keçirilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 18 iyun, AZƏRTAC

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru Anatoli Lazaroviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a akademiyadan məlumat verilib.

Akademik İsa Həbibbəyli Azərbaycan-Belarus əlaqələrindən danışıb, dövlətlərimiz arasında uzun illərdən bəri sıx dostluq, etibarlı tərəfdaşlıq münasibətlərinin formalaşdığını söyləyib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən AMEA rəhbəri bu gün Azərbaycanın beynəlxalq müstəvidə söz sahibi ölkələrdən birinə çevirdiyini bildirib. Qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımız düşmən işğalından azad olunub və Belarus dövləti və onun lideri daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, ölkəmizin yanında yer alıb.

Azərbaycan-Belarus elmi əlaqələrinin çoxillik tarixi olduğunu deyən akademik İsa Həbibbəyli bu münasibətlərin müstəqillik illərində də davam etdiyini, son dövrlərdə birgə beynəlxalq qrant müsabiqələrinin keçirildiyini, konfranslarda qarşılıqlı olaraq iştirak edildiyini vurğulayıb.

Son illərdə Azərbaycan elmində aparılan islahatlar barədə məlumat verən akademik İsa Həbibbəyli bu gün AMEA-da humanitar və ictimai elmlərdə, həmçinin seysmologiya istiqamətində ölkə başçısının tapşırıqlarından, dövlətimizin prioritetlərindən və müasir dünya elminin çağırışlarından irəli gələrək tədqiqatların aparıldığını bildirib.

Akademik İsa Həbibbəyli Belarus Elmlər Akademiyası ilə yeni əməkdaşlıq müqaviləsinin imzalanmasına dair razılığa gəlindiyini söyləyib.

Görüşdə Belarus Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru Anatoli Lazaroviç iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. O, rəhbərlik etdiyi institutun AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə sıx münasibətləri olduğunu bildirib.

Fəlsəfə və Sosiologiya İnstitutunda keçirilən “Heydər Əliyevin ideya irsi: suverenitet və konstitusionalizmin fəlsəfi problemləri” mövzusunda beynəlxalq konfransda iştirak etdiklərini deyən alim iki il öncə Azərbaycan xalqının Ulu Öndərinin 100 illiyinə həsr olunmuş tədbirlərə də qatıldıqlarını diqqətə çatdırıb. Bu gün dəyişən, inkişaf edən, müharibələrin, sosial böhranların baş verdiyi dünyada tədqiqatlar aparmaq üçün bir çox problemlərin olduğunu bildirən Anatoli Lazaroviç humanitar və ictimai elmlərin, xüsusilə filosofların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. O, Fəlsəfə və Sosiologiya İnstitutu ilə əməkdaşlıqdan məmnunluq duyduğunu söyləyib, əlaqələrin daha da genişləndirilməsinə hazır olduqlarını deyib.

Görüşdə, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, həmin institutun şöbə müdiri professor Azər Mustafayev, Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Nataliya Lazaroviç və Belarus Dövlət Universitetinin Fəlsəfə və elmin metodologiyası kafedrasının dosenti Olqa Kurbaçova çıxış edərək sosial ekologiya, sosial humanitar sahədə birgə əməkdaşlıq imkanlarının genişləndirilməsindən, kadr mübadiləsindən, birgə məqalələrin hazırlanması və s. barədə danışıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
2
azertag.az

3Источники