RU

Bakıda Məhkəmə Hüquq Şurasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

ain.az, Oxu.az saytına istinadən bildirir.

İyunun 18-də Bakıda Məhkəmə-Hüquq Şurasının yaradılmasının 20 illiyinə həsr olunan "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Oxu.Az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, önlərinə gül dəstələri düzüblər.

Ardınca Şəhidlər xiyabanında Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsi ehtiramla anılıb.

Konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov, Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze çıxış ediblər.

Bundan əlavə, Türkiyənin Hakimlər və Prokurorlar Şurasının sədri Fuzuli Aydoğdu, Albaniya Ali Məhkəmə Şurasının sədri İlir Rusi və digər ölkələrdən hüquq ictimaiyyətinin nümayəndələri də tədbirdə iştirak edirlər.

Konfrans çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib. Tədbir müddətində "Məhkəmə idarəetməsində qlobal çağırışlar və müasir beynəlxalq həllər", "Hakim korpusunun komplektləşdirilməsi" və digər mövzularda panel müzakirələr keçiriləcək.

Konfrans zamanı, həmçinin iştirakçı ölkələr arasında ikitərəfli görüşlər də nəzərdə tutulur.

Elçin Aslangil

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
oxu.az

10Источники