Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı vəzifəsindən azad edib.
Far.Az bu barədə "Sputnik Ermənistan"a istinadən məlumat yayıb.
Qeyd olunub ki, Abazyan 2020-ci ildən MTN rəhbəri vəzifəsində çalışır.
Ermənistan hökumətinin saytında dərc olunan sənədə əsasən, MTX rəhbərinin müavini Andranik Simonyan direktor səlahiyyətlərini icra edəcək.