AzVision.az “RBK-Ukrayna” telekanalına istinadən xəbər verir ki, Ali Radanın sədri münaqişənin Kiyevin kapitulyasiyası ilə bitməməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna“hər şeydən əvvəl sülh”istəyir, amma “nəyin bahasına olursa olsun sülh” modelini qəbul etmir. Siyasətçi bildirib ki, Kiyev razılaşmanın ədalətli şərtləri üzərində işləyir.
“Bilirsiniz ki, həm Ukrayna prezidenti Volodimir Zelenski, həm də bütün yüksək hərbi və siyasi rəhbərlik, biz açıq şəkildə bildiririk: Ukrayna 30 günlük atəşkəslə başlamağa və oturub bu müharibəni bitirmək perspektivləri barədə danışmağa hazırdır. Ancaq bir daha deyirəm,bu müharibəyə son qoymaq perspektivləri Ukraynanın kapitulyasiyası yox, davamlı sülh olmalıdır”,- Ali Radanın spikeri vurğulayıb.
Bundan əvvəl Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa da Kiyevin Rusiya ilə “nəyin bahasına olursa olsun sülhə” razılaşmayacağını və Moskvanın respublikanın NATO-ya üzvlüyünü qadağan edə bilməyəcəyini bəyan etmişdi.
- Kiyev itirilmiş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır, Ukrayna Silahlı qüvvələrinin sayının azaldılmasına, hərbi-sənaye kompleksinin işinin məhdudlaşdırılmasına, hərbi yardımın göstərilməsinə, Ukrayna ərazisində müəyyən hərbi kontingentlərin olmasına qadağa qoyulmasına razılaşmayacaq”, - Sibiqa deyib.
Ukrayna XİN-in rəhbəri həmçinin sülh prosesini tezləşdirmək üçün Kiyevin müttəfiqləriniPuitinin ağrılı yerindən vurmağa çağırıb.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта