RU

Avropa Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri 4-ə endi

BAKI. 18 iyun. TELEQRAF

"Sabah" komandasının UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimindəki potensial rəqiblərinin sayı 4-ə enib.

Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi I mərhələdə Sloveniya "Tsele"sini keçsə, bu klublardan birinə rəqib olacaq:

"Braqa" (Portuqaliya)

"Legiya" (Polşa) - "Aktobe" (Qazaxıstan) cütünün qalibi

AEK (Larnaka, Kipr) - "Partizan" (Belqrad, Serbiya) cütünün qalibi

"Luqano" (İsveçrə)

Qeyd edək ki, püşkarma bu gün Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Избранный
24
1
teleqraf.com

2Источники