RU

Neftimizin qiyməti 80 dollara yaxınlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Sitat.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,79 ABŞ dolları və ya 5% artaraq 79,58 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 75,79 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. 

Избранный
20
45
sitat.info

10Источники