RU

“Liverpul”un sahibləri İspaniya klubunu almaq istəyir

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerika investisiya qrupu Fenway Sports Group (FSG) "Xetafe"ni almaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, investorları klubun La Liqadakı nəticələri, bu yaxınlarda təsdiqlənmiş stadionun yenidən qurulması layihəsi və "Xetafe"nin inkişaf planı, eləcə də ölkənin paytaxtı Madridə yaxınlığı cəlb edir.

2024-cü ilin yayında FSG "Bordo"nu almaq üçün danışıqlar apardıqlarını açıqlamışdı. Lakin stadionun kirayəsi ilə bağlı çətinliklər üzündən sövdələşmə baş tutmayıb.

"Liverpul", "Boston" beysbol və "Pittsburq" hokkey klubu da FSG-ya məxsusdur.

Qeyd edək ki, "Xetafe" 2024/25 mövsümününü 13-cü yerdə başa vurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
sport24.az

1Источники