RU

Elm və Təhsil Nazirliyi vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

İyunun 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 25 431 vətəndaş müraciəti daxil olub.

APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müraciətlərin 15 851-i çağrı mərkəzləri, 5 622-si elektron, 711-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 247 müraciət qeydə alınıb.


Müraciətlər sertifikatlaşdırma imtahanı, müəllimlərin işə qəbulu, təhsil tələbə krediti, DP çərçivəsində xaricdə təhsil, birinci sinfə qəbul, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı olub.

Избранный
11
4
apa.az

5Источники