“Real”dan ayrılacağı açıqlanan Lukas Vaskes karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Fənərbağça” cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
33 yaşlı futbolçu başa çatan mövsümdə La Liqada 32 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.