İranın hüquq-mühafizə orqanları ölkənin cənub-qərbində İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıq edən beş nəfəri saxlayıb.
“Report” xəbər verir ki, bu barədə “Fars” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli idarəsinə istinadən məlumat yayıb.