Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.
Qüdsdəki Əl-Əqsa məscidi dünən səhər saatlarından etibarən ibadət üçün bağlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail tərəfi bunu təhlükəsizliklə əlaqələndirir, fələstinlilər bu addımı müqəddəs məkanın status-kvonunu daimi olaraq dəyişdirilməsi məqsədi daşıdığını iddia edirlər.
Məlumatda deyilir kiŞ, səhər namazı qılan camaat polisin müşayiəti ilə çölə çıxarılıb, sonra bütün qapılar möhürlənib: "Dünəndən bu yana məscidə yalnız İordaniyaya bağlı İslam Fondunun əməkdaşları buraxılır".
Qüds İslam Vəqfi Şurasının üzvü Mustafa Əbu Sveyi deyib ki, polis məscidə girən zaman tək olub: "Təhlükəsizliklə bağlı da hər hansı bir hal yox idi. Onlar məni göz yaşlarımla bayıra çıxardılar".
Tahir Şəlvəli
MİA.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.