RU

İran İsrailin daha bir F-35 qırıcısını vurub

Bakı. Trend:

İranın Hava Hücumlarından Müdafiə qüvvələri Vəramin şəhərininCavadabad rayonu üzərində İsrail ordusunda məxsus daha bir F-35qırıcısını vurub.

Trend IRNAagentliyinə istinadən xəbər verir ki, bunu şəhər inzibatiidarəçiliyinin nümayəndəsi Hüseyn Abbasi açıqlayıb.

Qeyd edilir ki, vurulan F-35 qırıcısı Vəramin yaxınlığında yerəçırpılıb.

O bildirib ki, təhlükəsizlik xidməti və hərbçilər hazırdadetalları araşdırır və yaxın zamanda əlavə informasiyaveriləcək.

Xatırladaq ki, bundan əvvəl, iyunun 16-da rəsmi Tehran Təbrizüzərində İsrailin sayca 4-cü F-35 qırıcısının məhv edildiyi bəyanetmişdi.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Избранный
9
az.trend.az

1Источники