RU

Fərid Şəfiyev: Yaxında Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı istiqamətində müsbət xəbərlər olacaq

Yaxın dövrdə Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı istiqamətində müsbət xəbərlər olacaq.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirin açılışında danışıb.


“Azərbaycan və Türkmənistan arasında əlaqələrin tarixi dərindir. Hazırda iki ölkə arasında əlaqələr müsbət istiqamətdə inkişaf edir, yaxın zamanda da əlaqlərin dərinləşməsi yönündə müsbət xəbərlər eşidəcəyik. Bizim tədbirlərə Türkmənistandan olan həmkarlarımızın qatılmasından çox şad olarıq. Cari ilin oktyabrında TDT-nin Azərbaycanda Zirvə görüşü keçiriləcək, bu tədbirdə də iştiraklarından şad olarıq”,-o qeyd edib.

Избранный
17
50
report.az

10Источники