RU

Onlar da “Sabah” kimi...

"Sabah"ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Spotinfo.az xəbər verir ki, bu, Sloveniya "Tsele"sidir.

"Sabah" ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü iyulun 17-də səfərdə keçirəcək.

106 illik tarixə malik "Tsele" ev oyunlarını eyniadlı şəhərdəki 13 min tamaşaçı tutumuna malik "Zdejele" stadionunda keçirir.

Komandanın baş məşqçisi ötənlərin tanınmış ispaniyalı futbolçusu, vaxtilə Türkiyə "Qalatasaray"ının da formasını geyinmiş Albert Rieradır.

"Tsele" də "Sabah" kimi 2024/2025 mövsümündə Sloveniya Kubokunu qazanıb. Ölkə çempionatında isə bu komanda 4-cü yeri tutub.

"Tsele" ötən mövsüm UEFA Konfrans Liqasında 1/4 finaladək irəliləyib. Komandanın qarşısını İtaliya "Fiorentina"sı kəsib.

Избранный
41
9
sportinfo.az

10Источники