RU

Fransa Rusiya və Belarus vətəndaşları üçün viza qaydalarını sərtləşdirir

Fransa Rusiya və Belarus vətəndaşları üçün öz xarici ərazilərinə giriş qaydalarını sərtləşdirib, Rusiya Federasiyasının Turoperatorlar Assosiasiyası bazar ertəsi, iyunun 16-da bildirib. Əgər əvvəllər Fransanın etibarlı C kateqoriyalı çoxdəfəlik vizası bu ərazilərə səfər etmək üçün ruslar və belaruslar üçün kifayət edirdisə, indi onlar xüsusi DFA vizası üçün müraciət etməli olacaqlar.

Herbiand.az "Alman dalğası"na istinadn xəbər verir ki, söhbət aşağıdakı ərazilərdən gedir: Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Qvadelupa, Martinik, Sent-Martin, Sent-Bartelemi, Reunion, Mayotta, Fransız Qvianası, Sent-Pyer və Mikelon.

Yeni tələblər uzunmüddətli D kateqoriyalı Fransa vizalarına malik olanlara, həmçinin Şengen zonası və Avropa İqtisadi Bölgəsi ölkələrində (bütün Aİ ölkələri, həmçinin İslandiya, Norveç və Lixtenşteyn daxildir) yaşayış icazəsi olanlara şamil edilmir.

Избранный
6
herbiand.az

1Источники