RU

Daxili kreditlər Azərbaycanda nəzarətsiz borclanma yaradır

"Duyğusallıq Azərbaycan müştərisinin özəlliyidir. Bu, Türkiyədə də belədir. Marketinqin, strategiyanın fokuslanması ilə bu duyğusallıq sürüklənir. Azərbaycan müştərisi kampaniyaları çox tez qəbul edir və bunu sorğulamır".

Bunu "Valyuta.az"a müsahibəsində marketinq və brend inkişafı üzrə türkiyəli mütəxəssis Burak Kölemen deyib.

Ekspertin sözlərinə görə, daxili kreditlər Azərbaycanda nəzarətsiz borclanma yaradır.

"Biri deyir ki, mən bu məhsulu 18 aylıq faizsiz kreditlə verirəm. O biri də deyir ki, mən komissiyasız verirəm. Bir elanda deyir ki, faizsiz nağd qiymətinə 18 aylıq kreditlə veririk. Sonra eyni şirkət, nağd alışda 20 faiz endirim təklif edir. Deməli, o birində üzərinə 20 faiz qoymusan. Yaxud “indi al, gələn il ödə” deyirlər. Bu il pulun bitibsə, gələn ilkini də indidən alaq.Yəni insanların marketinqə reaksiyasızlığından faydalanırlar. Bu da insanları satın almağa həvəsləndirir. Daxili kreditlərlə marketinq axışını sömürürlər".

B.Kölemen qeyd edib ki, sürətli ticarət isə xarici markalara sərf edir:

"Azərbaycan markalarının güclənməsi üçün, fundamentində cəmiyyətin alış-veriş düşüncəsinin formalaşması lazımdır. Burada dövlətin də diqqət etməsi gərəkən nüanslar var. Satış, qiymət cəhətdən rəqabətli bazar formalaşdırılması önəmlidir. Marketinq, PR, reklam işlərində marka etibarını, məhsul etibarını, dövlət, xalq etibarını qoruyacaq tədbirlər görülməlidir. Bu nə deməkdir? - deyə soruşsanız, gəlin belə izah edim. Məsələn, yaxın zamanlarda qarşıma bir reklam çıxdı. Deyir ki, “Şeş qoşa at, pulsuz götür”. Azərbaycanda qumar sərbəstdir? Deyil. Qumarın sərbəst olmadığı ölkədə, reklamı sərbəst ola bilməz. “Şeş qoşa at, pulsuz götür” marketinq yox, qumardır, qumarın reklamıdır. Digəri də deyir, 5-5 at, 550 manatlıq nə istəyirsən götür. Bu da qumardır. Xalqın mədəniyyətini reklamlarda da qorumaq lazımdır. Müştəriləri də markalar deyil, dövlət qoruyar".

Ətraflı linkdə: //valyuta.az/az/read/71649/

Избранный
7
1
valyuta.az

2Источники