RU

Bank of Baku Bravo və Araz işçilərinə kredit vermir?

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bank of Baku-nun İnşaatçılar filialında kredit üçün müraciət edən vətəndaş bank əməkdaşının cavabından narazı qalıb. AzPost-un məlumatına görə, müraciət edən şəxs bildirib ki, əməkdaş ona market sektorunda – konkret olaraq Bravo və Araz marketlərdə çalışanlara kredit verilmədiyini deyib.

Bank əməkdaşı bu qərarını həmin marketlərdə ixtisarların getməsi ilə əsaslandırıb. Müştəri isə bu arqumentin əsassız olduğunu qeyd edir: “Marketlərdə ixtisar olmur. Sadəcə olaraq iş ağırdır deyə, işçilər tez-tez dəyişir. Əksəriyyəti tələbədir, yay tətilində işləyib sonra çıxırlar. Amma bu ixtisar deyil”.

Narazı müştəri dceyir ki, “Əgər Bank of Baku risk ehtimalına görə kredit vermirsə, o zaman başqa müəssisələrdə çalışanlara da kredit verilməməlidir. Məsələn, SOCAR və ya digər qurumlarda da ixtisar ola bilər. Kim zəmanət verə bilər ki, işindən heç vaxt çıxarılmayacaq?”

O qeyd edir ki, onun kredit tarixçəsi ideal vəziyyətdədir, heç bir gecikmə yoxdur, rəsmi maaşdan əlavə gəliri də var. “Bu qədər uyğun şərtlərə baxmayaraq, mənə kredit ayırmadılar. Amma eyni əməkdaş dedi ki, sizə kredit vermək mümkün deyil, amma eyni məbləğdə kredit kartı təqdim edə bilərik. Bəs riskli sayılıramsa, o zaman niyə kredit kartı verirsiniz?” – deyə müştəri haqlı suallar ünvanlayır.

Məsələ ilə bağlı Bank of Baku-nun rəsmi mövqeyi olarda yazı yenilənəcək.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
azpost.info

2Источники