RU

“Heç nə deyə bilməyəcəm” Füzuli Məmmədov təsdiq etdi, yoxsa təkzib?

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Mediada yer alan iddialara görə, 1-ci liqada mövsümü 4-cü yerdə başa vuran “Mingəçevir”in yeni sponsoru ASTA klubun büdcəsini azaldıb. Və bu üzdən Füzuli Məmmədovla rəhbərlik arasında anlaşmazlıq yaranıb, baş məşqçini istefaya göndərən rəhbərlik yeni mütəxəssis axtarışındadı.“Football-plus.az” məsələni aydınlaşdırmaq üçün Füzuli Məmmədovla əlaqə saxlayıb:

“ASTA-nın büdcəni azaltması ilə bağlı heç nə deyə bilməyəcəm. Çünki bu barədə heç bir məlumatım yoxdu. Bu məsələni digər klub rəsmiləri ilə müzakirə etsəz, daha doğru olar. Komandadan gedəcəyimlə bağlı xəbərlərin heç biri həqiqəti əks etdirmir. Hazırda klubla ikiillik aktiv müqaviləm var. İşimin başındayam”.

MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
1
icma.az

2Источники