RU

FT: Tramp Qrenlandiya səfərinə görə Makrona qəzəblənib

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun Qrenlandiya səfərindən qəzəblənibı

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti “Yeddilik” qrupuna (G7) üzv dövlətlər arasında olan mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Makrondan narazılıq Trampın Kanadada keçiriləcək G7 sammitini erkən tərk etmək qərarına təsir edib. Eyni zamanda, adı açıqlanmayan Britaniya rəsmisi nəşrə bildirib ki, Ağ Ev rəhbəri sadəcə olaraq “yeddilik”dən bezib.

Makron Arktikada təhlükəsizlik məsələlərini müzakirə etmək üçün iyunun 15-də Qrenlandiyaya səfər edib. Orada Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen ilə görüşüb.

Tramp dəfələrlə bəyan edib ki, Danimarkanın tərkibində muxtar bölgə olan Qrenlandiya ABŞ-a qoşulmalıdır.

Избранный
50
2
report.az

10Источники