Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Selye" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Sloveniya təmsilçisi "Vorskla"dan (Ukrayna) Milot Avdilini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçu ilə 2028-ci ilə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Sabah" "Selye" ilə ilk oyunu 10 iyul tarixində Bakıda keçirəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Sloveniyada baş tutacaq.
İnzaqinin yeni iş yeri müəyyənləşib
Nigeriya millisinin üzvü "Atletiko"nun radarında
Xorvatiya millisinin üzvü Super Liqa klubunda
Robertson “Atletiko”nun əsas transfer hədəfidir
“Napoli” Darvin Nunez ilə maraqlanır