Klublararası dünya çempionatı davam edir.


Rekord.az xəbər verir ki, bu gün baş tutmuş növbəti oyunda Argentinanın “River Pleyt” komandası Yaponiya təmsilçisi “Urava Red Daymonds”la qarşılaşıb.


Dörd qolun qeydə alındığı oyunda argentinalılar qələbə qazanıblar – 3:1. “River Pleyt”in qollarını Kolidio (12), Druissi (48) və Meza (74) vurublar. Yaponiya təmsilçisinin yeganə qoluna isə 58-ci dəqiqədə penaltidən dəqiq yararlanmış Matsuo imza atıb.


Xatırladaq ki, E qrupunun digər oyununda İtaliya təmsilçisi “İnter” Meksika “Monterrey”i ilə qarşılaşacaq. Bu oyuna Bakı vaxtı ilə saat 05:00-da start veriləcək.