RU

Trampdan İrana sərt ultimatum: “Qeyd-şərtsiz təslim olun” – Xameneyiyə qarşı sui-qəsd planı hələlik masada deyil

ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinə “qeyd-şərtsiz təslim olmaq” çağırışı edib və bildirib ki, ABŞ-ın səbrinin tükəndiyini Tehran anlamalıdır.

Musavat.com xəbər verir ki, o, eyni zamanda İranın ali rəhbəri Ayətullah Əli Xameneyiyə qarşı “hələlik” sui-qəsd planı olmadığını da vurğulayıb.

Trampın bu bəyanatı İsrail-İran hava müharibəsinin beşinci günündə səsləndirilib və Vaşinqtonun Tehrana qarşı psixoloji və siyasi təzyiqini artırmaq məqsədi daşıyır. Prezidentin sözlərinə görə, ABŞ hazırda birbaşa lideri hədəfə almaq niyyətində deyil, lakin bu mövqe sabit qalmaya da bilər.

Bununla paralel olaraq, İsrailin müdafiə naziri İsrail Kats daha sərt mövqe sərgiləyib. O bildirib ki, Xameneyi də keçmiş İraq lideri Səddam Hüseynin aqibətini yaşaya bilər:
“2006-cı ildə edam edilən Səddam kimi, Xameneyini də eyni son gözləyə bilər”, – deyə o bəyan edib.

Regionda vəziyyət getdikcə daha da kritik hal alır. Hərbi, diplomatik və informasiya cəbhəsində paralel gedişlər gələcək günlərin həlledici olacağını göstərir.

 

Musavat.com

Избранный
65
42
musavat.com

10Источники